İstanbulda metro tikintisi zamanı çökmə: yaralılar var
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro xəttinin tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Bildiirilib ki, hadisə nəticəsində bir neçə şəxs yaralanıb və dağıntılar altında qalanlar var.
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.