İstanbulda prokuror bıçaqlı hücumla öldürülüb
İstanbul Respublika Prokuroru Ercan Kayhan Çekmeköydə restoranda bıçaqlı hücum nəticəsində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı M.C.G. jandarmaya təslim olub. O, ifadəsində prokurorla 150 min TL alacaq məsələsinə görə mübahisə etdiyini və davada masadakı bıçaqla hücum etdiyini etiraf edib.
Baş Prokurorluq hadisənin şəxsi mübahisə zəminində baş verdiyini, prokurorun şübhəli ilə bağlı daha əvvəl araşdırma aparmadığını açıqlayıb.
M.C.G.-nin “qadınlara qarşı zorakılıq” və digər cinayətlər üzrə keçmişi olduğu bildirilib.
BBC Türk
Türkan Kərimli