00:00:00
Yazar
Admin User
21.08.2025 10:13 71 1 dəq oxuma
Dünya

İstanbulda Qəzza ilə bağlı beynəlxalq konfrans başlayır

İstanbulda Qəzza ilə bağlı beynəlxalq konfrans başlayır

Avqustun 22-də, cümə günü, İstanbulda “Qəzza– İslami və humanitar məsuliyyət” adlı beynəlxalq konfrans işinə başlayacaq. Tədbir Dünya Müsəlman Alimləri Birliyi və Türkiyə İslam Alimləri Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.


Fondun idarə heyətinin üzvü, professor Mustafa Karataş mətbuat konfransında çıxış edərək bildirib ki, bəşəriyyət bu gün tarixdəki ən ağır faciələrdən birini yaşayır.


Onun sözlərinə görə, Qəzzada 2,5 milyondan çox insan total soyqırıma məruz qalıb. “Bu bölgə ölümcül silahlarla məhv edilir, aclıq və susuzluqla mühasirəyə alınıb, tibbi yardım və əsas yaşayış şəraitindən məhrum edilib”,– deyə Karataş vurğulayıb.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər