İstanbulun Arnavutköy qəsəbəsindəyanğın baş verib
Arnavutköydə fabrikdə naməlum səbəbdən yanğın baş verib. Soyutma işləri aparılan fabrikə böyük ziyan dəyib.
Yanğın Yassıörən məhəlləsində, Bayındır prospekti, Sarıqazi küçəsində yerləşən və çap, kağız emalı, qablaşdırma və təkrar emal müəssisələrinin yerləşdiyi 4 mərtəbəli fabrikdə baş verib.
Alov tez bir zamanda zirzəmidən yuxarı mərtəbələrə keçərək fabrikin böyük hissəsini əhatə edib.
Məlumat daxil olduqdan sonra qeyd olunan ünvana yanğınsöndürən, təcili tibbi yardım və polis göndərilib.
Polis fabrik ətrafında təhlükəsizlik tədbirləri görüb, ətrafdakı küçə və prospektlər nəqliyyatın hərəkətinə bağlanıb.
Dörd yerdən alovla mübarizə aparan yanğınsöndürənlərə qonşu rayonlar vasitəsilə də yardım göstərilib.
Təxminən iki saat davam edən işdən sonra yanğın söndürülüb.
Fabrik işçiləri dayanıb boş sahədən yanğınsöndürənlərin işini izləyiblər.
Yanğın soyutma işləri aparılan fabrikə külli miqdarda ziyan vurub.
TRT XƏBƏR
Nərgiz Əzizli