İstintaq səhlənkarlıqla aparılıb, yaşamaq hüququ pozulub
Konstitusiya Məhkəməsi (AYM) 2018-ci ildə Giresunun Eynesil rayonunda 11 yaşlı Rabia Naz Vətənin şübhəli ölümü ilə bağlı istintaqın “ehtiyatsız aparıldığı” və onun yaşamaq hüququnun pozulduğu barədə qərar çıxarıb. Konstitusiya Məhkəməsi Rabia Naz Vətənin anası Atikə Vətən və atası Şaban Vətənə 350 min lirə mənəvi təzminat ödənilməsinə qərar verib.
Evinin qarşısında yaralı vəziyyətdə tapılan Rabia Naz Vətən daha sonra aparıldığı xəstəxanada dünyasını dəyişib. Konstitusiya Məhkəməsi 29 may tarixli və sentyabrın 1-də Rəsmi Qəzetdə dərc olunan 29 səhifəlik qərarında Rabia Naz Vətənin ölümü ilə bağlı istintaqın “tələb olunan dərinlik və ciddiliklə aparılmadığına” qərar verib.
BBC
Zəhra Möhübbətova