“İstəklilər koalisiyası”nın növbəti görüş vaxtı bəlli olub
Ukraynaya yardım etmək istəyən “İstəklilər koalisiyası”nın növbəti görüşü avqustun 17-də baş tutacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
Məlumata görə, görüş onlayn formada keçiriləcək.Görüşə sədrlik Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniyanın kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron tərəfindən həyata keçiriləcək.