Istoç ticarət mərkəzində yanğın
İstanbulun Bağcılar rayonunda yerləşən İSTOÇ Ticarət Mərkəzinin 10-cu adasında bir mağazada başlayan yanğın bir çox iş yerinə sirayət edib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarətə götürülən yanğında 17 iş yeri zərər görüb.
Yanğın, ticarət mərkəzinin 10-cu adasında plastik məhsullar satan mağazada başlayaraq bitişik iş yerlərinə də keçib.
Yanğın zamanı ara-sıra xırda partlayışlar baş verib, bəzi iş yerlərində isə qismən uçqunlar olub.
Hadisə barədə məlumat daxil olduqdan sonra ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən briqadaları əraziyə cəlb olunub.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
TRT Haber
Səadət Əlizadə