00:00:00
Yazar
Admin User
07.03.2024 14:38 286 1 dəq oxuma
Dünya

İsveç rəsmi olaraq NATO-ya üzv oldu!

İsveç rəsmi olaraq NATO-ya üzv oldu!

İsveçin NATO-ya daxil olması ilə bağlı Protokol qüvvəyə minib, ABŞ Dövlət Departamenti İsveçin NATO-ya rəsmi üzv olduğunu elan edib.

 

“2024-cü il martın 7-də İsveç Krallığının NATO-ya qoşulması haqqında Şimali Atlantika Müqaviləsi Protokolunun II maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, Protokol 2024-cü il martın 7-də qüvvəyə minib”, - Dövlət Departamentinin bəyanatında deyilir.

 

Şimali Atlantika Müqaviləsi şərtlərinə görə, ABŞ hökuməti ratifikasiya sənədlərini aldıqdan sonra həmin ölkə rəsmi olaraq NATO-ya üzv olur.

 

İsveçin alyansa qoşulmasının dəqiq tarixini əvvəllər də Ağ Ev açıqlayıb.

 

İsveç Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda 2022-ci ildə NATO-ya üzv olmaq üçün ərizə təqdim edib. Bununla yanaşı, Finlandiya da 2023-cü ilin aprelində alyansın rəsmi üzvü olan bloka qoşulmaq üçün ərizə təqdim edib.

 

Banuçiçək Kalbalıyeva 

Mənbə: lenta.ru

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər