00:00:00
Yazar
Admin User
30.09.2025 17:52 118 2 dəq oxuma
Dünya

İsveç və Finlandiya Rusiya sərhədinə zərbə briqadası yerləşdirib

İsveç və Finlandiya Rusiya sərhədinə zərbə briqadası yerləşdirib

İsveç və Finlandiya 4–5 minlik briqadanı Laplandiyaya yerləşdirib. Tərkibdə İsveç, Norveç və Danimarka hərbçiləri var. “Arçer” haubitsaları gətirilib, havadan müdafiə isə Böyük Britaniya qırıcıları və “Apaçi” helikopterləri ilə təmin olunacaq. NATO planı təsdiqləyib və təlimlər yaxın günlərdə başlanacaq.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, son zamanlar Rusiya faktiki olaraq Polşa, Latviya, Litva və Skandinaviya ölkələrinə dron fəaliyyətləri həyata keçirib:

 

“Əlbəttə, bunlar ciddi hallardır. Rusiya bununla öz niyyətinin ciddiliyini göstərmək və NATO qarşısında mövqeyini ortaya qoymaq istəyib. Çünki NATO yalnız bu ölkələri nəzərdə tutmur. Əlbəttə, bu briqadaların yaradılması da Rusiyaya NATO-dan verilən bir cavabdır. Prosesin pərdə arxasında faktiki olaraq Böyük Britaniyanın olması bu addımın ciddiliyinə işarə edir. Böyük Britaniyanın prosesə qoşulması Rusiya üçün ciddi mesajdır. Bu münasibətlərin soyumasına və gərginləşməsinə səbəb olacaq. NATO ərazidə qüvvələrini cəmləyirsə, şübhəsiz, Rusiya da həmin ərazidə əlavə qüvvələr yerləşdirməli olacaq. Bu, bir növ silahlanma yarışına bənzəyir; əks halda Rusiya burada ordu cəmləməsə, qarşı tərəfin mövqeyi güclənə bilər. Bu proses Rusiya üçün mənfi təsir yaradır”.

 

Politoloqun sözlərinə görə, Rusiya başa düşməlidir ki, Skandinaviya ölkələri onunla müharibə aparacaq ölkələr deyil:

 

“Amma bu ölkələrlə müharibə aparmaq Rusiya üçün asan olmayacaq. Bu, onun üçün çətin döyüş relyefi yarada bilər. Skandinaviya ölkələrinin hərbi əməkdaşlığı onların təhlükəsizliyi və regionda hərbi aktivliyin artması baxımından müsbət ola bilər. Lakin bununla birlikdə bu ölkələrin hərbi xərcləri arta, rifah səviyyəsi isə aşağı düşə bilər. Rusiya üçün isə əlavə cəbhə açılması demək olacaq ki, bu da iqtisadiyyata və Ukrayna müharibəsinə mənfi təsir göstərə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər