İsveçdə dinlərə qarşı etirazların kökündə nələr dayanır? - ANALİZ
Əvvəlcə “Qurani-Kərim”dən heyiflərini çıxmağa çalışdılar, indi isə nifrətlərini “Tövrat” və “İncil”ə qusmağa çalışırlar. Stokholm və Helsinqborqda növbəti dəfə dini kitabların yandırılması ilə bağlı İsveç polisinə müraciət edilib. Aksiya təşkilatçıları etirazlarını “mümkün qədər tez” keçirmək istədiklərini ifadə ediblər. Etirazlar bu dəfə “Qurani-Kərim” lə yanaşı, “Tövrat” və “İncil”i də yandırmaq istəyirlər. İsveçin “insanların dini inanclarına qarşı hörmətsizliyin beşiyi”nə çevrilməsinin səbəbi nədir?
İsveçdə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”ə qarşı nifrət cinayətinin ardından indi də hədəf “Tövrat” və “İncil”dir. Yerli təhlükəsizlik orqanlarına Stokholm və Helsinqborqda dini kitabların yandırılması ilə bağlı aksiyalar keçirmək üçün 3 müraciət daxil olub. Birinci müraciətdə Stokholm məscidi qarşısında Quranın yandırılması nəzərdə tutulub. İyulun 15-də isə İsrail səfirliyi qarşısında Tövrat və İncilin yandırılması üçün icazə istənilib. Siyasi analitiklər “Dünyaya demokratiya dərsi keçənlərdən olan İsveç”də insanların dini etiqadına qarşı bu cür sayğısızlığın səbəbini belə izah edirlər.
Siyasi şərhçi Turan Rzayev hesab edir ki, “Ərəb baharı” fonunda Ərəb ölkələrindən və Afrika ölkələrindən yüzlərlə insan qeyri-qanuni və yaxud da ki, müxtəlif yollarla başda İsveç olmaqla, bir çox Avropa ölkələrinə axın etdi: “Gələn insanların əksəriyyəti İslam dininə inanan insanlardır. Yerli əhalinin sayının azalması və miqrantların sayının artması fonunda Avropada bir çox neqativ ideologiyalar yayılıb ki, bunlardan ən önəmlisi islamafobiyadır, antisemitizmdir.”
Araşdırmalar göstərir ki, insanların dini inancları müasir dövrümüzdə Avropa dövlətlərinin öz milli maraqları və geosiyasi baxışlarını həyata keçirmələri üçün alət kimi istifadə edilir.
Siyasi şərhçi İsmail Cingöz bildirir ki, dini dəyərlərə və miləltlərin müqəddəs dəyərlərinə qarşı həyata keçirilən hərəkətlər və hörmətsizlikləri “azadlıq” və”ifadə azadalığı” adı altında dəyərləndirərək bunlara icazə verən İsveç hökuməti bu etirazçılardan daha çox günahkardır.
Analitiklərin qənaətincə, “Qurani-Kərim”dən sonra “Tövrat” və “İncil”in hədəf alınması isə guya etirazçıların heç bir dini ayrı-seçkilik etmədiklərini, bu minvalla da beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq istədiklərini göstərir.
Siyasi şərhçi Turan Rzayev sözlərinə bunları əlavə edib: “Hesab edirəm, indiki məqamda “Quran”la paralel bu iki kitabın da yandırılması ilə bir növ İsveç hökuməti bunu göstərməyə çalışır ki, ölkədə təkcə islamafobiya mövcud deyil. Yəni bu, təkcə İslam dininə xas bir etiraz deyil, həm də digər dinlərə xas bir məsələdir. Düşünürəm ki, Türkiyə özlüyündə buna həssaslıqla yanaşmamalıdır. Amma bu, ucuz variantdan başqa bir şey deyil və bu, Türkiyənin belə deyək, geri addım atmasına gətirib çıxarmayacaq. Türkiyənin konkret tələbləri var”.
İsveç polisinə edilmiş üçüncü müraciətdə isə iyulun 12-də Helsinqborqun mərkəzində dini mətnlərin yandırılmasına icazə verilməsi yer alıb. Həmin aksiyada tam olaraq nəyin yandırılmasının planlaşdırıldığı hələlik bəlli deyil.
Şəbnəm
