00:00:00
Yazar
Admin User
03.09.2025 10:03 100 1 dəq oxuma
Dünya

İsveçdə dronla yemək çatdırılması sınaqdan keçirilir

İsveçdə dronla yemək çatdırılması sınaqdan keçirilir

Artıq şəhərlərdə yemək sifarişi gündəlik həyatın bir hissəsidir. Lakin Skandinaviya kənd yerlərində bu xidmət hələ kifayət qədər inkişaf etməyib. Norveç şirkəti Aviant isə bölgədə ilk dəfə dron vasitəsilə isti yemək çatdırılmasına başlayaraq bu boşluğu doldurmağa çalışır.

 

İlk sınaq məkanı Stokholmdan 13 kilometr uzaqlıqda yerləşən Värmdö adasıdır. Burada 46 min nəfər daimi yaşayır, yay aylarında isə əhali 100 minə qədər artır. İndiyədək ada sakinlərinin isti yemək sifarişi üçün çox az seçimi var idi. İndi isə məşhur Bastard Burgers restoranından sifariş edilən yeməklər dronla birbaşa evlərə çatdırılır. Aviant-ın qurucusu Lars Erik Fagernæs qeyd edir ki, yalnız Stokholm ətrafında belə xidmətə çıxışı olmayan 87 min insan yaşayır:

 

“Bu insanlar sifariş vermək istəyirlər, amma seçimləri yoxdur. Biz isə dronlarla bu problemi aradan qaldırırıq”, – deyə o bildirib. Şirkət hazırda həftədə təxminən 10 sifariş çatdırır. Məqsəd ilin sonuna qədər bu xidməti daha da böyütməkdir. Gələcək planlara görə, yaxın iki il ərzində Skandinaviya üzrə 40 yeni mərkəz açılacaq. Daha sonra isə Kanada və ABŞ-nin şimal-şərq bölgələrinə də genişlənmək nəzərdə tutulur.

 

Euronews
Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər