00:00:00
Yazar
Admin User
05.08.2025 05:53 88 1 dəq oxuma
Dünya

İsveçdə "Malmö"nün "Zirə"dən aldığı Suma ilə bağlı problem yaranıb

İsveçdə "Malmö"nün "Zirə"dən aldığı Suma ilə bağlı problem yaranıb

İsveçin "Malmö" klubunun "Zirə"dən transfer etdiyi Salifu Suma ilə bağlı problem yaranıb. 

 

"İnformator.az"ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Henrik Rüdström açıqlama verib.

 

49 yaşlı mütəxəssis bildirib ki, bu, 21 yaşlı oyunçunun hələ iş icazəsi ala bilməməsi ilə əlaqədardır. O, məsələdə ləngimə olduğu üçün qvineyalı hücumçunun Danimarka "Kopenhagen"inə qarşı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına sifariş olunmadığını bildirib.

 

Rüdström "Malmö"nün avqustun 9-da "Mölbü"yə qarşı keçirəcəyi İsveç çempionatının XIX tur matçınadək Sumanın probleminin həll olunacağını açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər