00:00:00
Yazar
Admin User
26.12.2023 17:47 390 2 dəq oxuma
Dünya

İsveçin NATO-ya üzvlüyü komissiyadan keçib

İsveçin NATO-ya üzvlüyü komissiyadan keçib

İsveçin NATO-ya üzvlüyü ilə bağlı parlamentdə ilk addım atılıb. Qoşulma Protokolu Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilib. Lakin proses hələ tamamlanmayıb. Son sözü Türkiyə Böyük Millət Məclisinin Baş Məclisi deyəcək. 

 

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə noyabrın 16-da Xarici Əlaqələr Komissiyasının gündəminə çıxarılıb. Ancaq danışıqları yekunlaşdırmaq mümkün olmayıb və İsveç hökumətindən öhdəliklərlə bağlı məlumat istənilib.

 

Parlamentin Xarici Əlaqələr Komitəsi İsveç gündəmi ilə saat bu gün saat 15:00-da ikinci dəfə toplanıb.

 

Komissiya sədri Fuat Oktay, İsveçin,xüsusilə,terrorun maliyyələşdirilməsi ilə bağlı addımlar atdığını bildirsə də, "Terrorla mübarizədə hələ gözlənilən nəticəni görmədik" deyib. 

 

Parlamentdə proses tamamlanmayıb. Komissiyada müzakirələrdən sonra səsvermə başlayıb. İsveçin NATO-ya daxil olma protokolu səs çoxluğu ilə qəbul edilib. Ancaq TBMM-dəki proses hələ başa çatmayıb. 

 

İsveçin NATO-ya üzv olması üçün Baş Assambleyanın təsdiqi məcburidir. Amma görüşün təqvimi hələ dəqiq deyil. 

 

Deputatlar öz fikirlərini bildirdikdən sonra keçirilən səsvermədə İsveçin NATO-da iştirakı məsələsi müzakirə edilib.

 

Onların bəyan etməsindən sonra keçirilən səsvermədə İsveçin NATO-ya qəbulu ilə bağlı protokol qəbul edilib. Artıq son sözü TBMM Baş Assambleyası deyəcək. Bütün üzv dövlətlərdən təsdiq tələb olunub. 

 

Yeni ölkənin NATO-ya qəbul edilməsi üçün bütün üzv dövlətlərin parlamentləri onu fərdi qaydada təsdiq etməlidir. İndiyədək 31 üzv ölkədən 29-u öz parlamentlərində İsveçin NATO-ya üzvlüyünü qəbul edib.

 

Mənbə:TRT HABER

Lalə Qafarova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər