İsveçrə 20 Qəzza uşağını müalicə üçün qəbul edəcək
İsveçrə hökuməti 20 Qəzza uşaqını tibbi müalicə üçün qəbul edəcəyini açıqlayıb. Uşaqların zonadan təxliyəsinin nə vaxt həyata keçiriləcəyi isə hazırda vəziyyətin mürəkkəbliyi səbəbindən bəlli deyil, amma əlaqələndirmə işləri davam edir.
Seçim prosesi Ümumdünya Səhiyyə Təşkilatı (WHO) ilə sıx əməkdaşlıq çərçivəsində aparılacaq. WHO müalicəyə ehtiyacı olan xəstələrin siyahısını saxlayır. Seçilmiş uşaqlar və onlara müşayiət edən ailə üzvləri təhlükəsizlik yoxlamasından keçəcək.
Uşaqlar İsveçrəyə çatdıqdan sonra sığınacaq prosesi tətbiq olunacaq. Hökumət koordinasiya və nəqliyyat xərclərini qarşılayacaq, tibbi xərcləri isə uşaqları qəbul edən İsveçrə kantonları və ya xəstəxanalar könüllü olaraq ödəniş edəcək.
WHO məlumatına görə, Qəzzadan təxliyə üçün qeydiyyatdan keçmiş təxminən 19,000 xəstə var, onlardan 4,000-i uşaqdır. Bu uşaqların bir çoxu həyati təhlükəsi olan yaralanmalara və ya yerli imkanlarla müalicəsi mümkün olmayan xəstəliklərə malikdir.
ANEWZ
Güllər Gülhüseynova