00:00:00
Yazar
Admin User
01.11.2025 04:58 134 1 dəq oxuma
Dünya

İsveçrədə Ukrayna qaçqınları üçün sığınacaq məhdudiyyətləri qüvvəyə minib

İsveçrədə Ukrayna qaçqınları üçün sığınacaq məhdudiyyətləri qüvvəyə minib

İsveçrədə noyabrın 1-də Ukraynanın qərbi vilayətlərindən olan qaçqınlar üçün sığınacaq məhdudiyyətləri qüvvəyə minib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinin (SEM) saytında məlumat verilib.

 

Agentlik S statusunun qorunması üçün hər bir müraciəti daha diqqətlə araşdıracaq.

 

"SEM hər bir müraciəti ayrıca nəzərdən keçirməyə davam edir. Əgər SEM, şəxsin geri qayıtmasının əsaslı hesab edildiyi regiondan gəldiyi üçün qorunma üçün müraciəti rədd etsə, deportasiya qərarı veriləcək", - açıqlamada deyilir.

 

Volınsk, Roven, Lvov, Ternopol, Zakarpatye, İvano-Frankivsk və Çernoviçk vilayətləri təhlükəsiz regionlar kimi təyin edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər