00:00:00
Yazar
Asiman Vəliyeva
15.03.2026 21:36 10 1 dəq oxuma
Siyasət

İtaliya hərbi bazasına hücum edilib

İtaliya hərbi bazasına hücum edilib

ABŞ və İtaliya qüvvələrinin yerləşdiyi Küveytdəki Əli əl-Salim hərbi hava bazasına bu gün pilotsuz təyyarə ilə hücum edilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İtaliyanın Müdafiə Qərargah rəisi general Luçano Portolano deyib.

 

Portolano bildirib ki, hücum nəticəsində İtaliya Hərbi Hava Qüvvələrinə məxsus uzaqdan idarə olunan təyyarə məhv edilib:

 

"O, əməliyyat fəaliyyətinin əvəzedilməz vasitəsi idi və əməliyyatların davamlılığını təmin etmək üçün bazada qalırdı".

 

Portolano qeyd edib ki, hücum zamanı bazadakı bütün italyan personalı təhlükəsizlikdə olub:

"Hücumdan bir neçə gün əvvəl, bölgədə dəyişən təhlükəsizlik vəziyyətinə cavab olaraq İtalyan əsgərlərinin sayı azaldıldı.

Bazada qalanlar missiyanın əsas tapşırıqlarını yerinə yetirmək üçün istiqamətləndirilir, müdafiə qərargahının rəisi və birgə əməliyyat qərargahı vəziyyəti daim izləyir və yerlərdə kontingentlə daim təmasdadır".

#hücum #bazasına #baki #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər