00:00:00
Yazar
Zəhra Həsənova
20.10.2026 20:26 27 1 dəq oxuma
Siyasət

Misir Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazırlaşır - ŞƏRH

Misir Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazırlaşır - ŞƏRH

Misir Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda Səudiyyə Ərəbistanına hərbi yardım göndərməyə hazırlaşır. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Misirin Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazır olması Yaxın Şərqdə yaranmış yeni hərbi-siyasi vəziyyətlə bağlıdır və bu addımın arxasında bir neçə mühüm geostrateji səbəb dayanır.

 

Müsahibin sözlərinə görə, İranın regionda təsirinin genişlənməsi, eləcə də İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları Qahirənin təhlükəsizlik narahatlıqlarını artıran əsas amillərdəndir.

 

Bundan başqa, Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi Misir üçün strateji əhəmiyyət daşıyır. Bab əl-Məndəb boğazında yaranan təhdidlər Süveyş kanalının fəaliyyətinə və ölkənin iqtisadi maraqlarına təsir göstərə bilər.

 

Müsahib qeyd edib ki, Səudiyyə Ərəbistanı Misirin mühüm iqtisadi və siyasi tərəfdaşlarından biridir. Qahirə həm ikitərəfli münasibətləri qorumağa, həm də ərəb dünyasındakı nüfuzunu gücləndirməyə çalışır.

 

Onun fikrincə, Misirin əsas məqsədi genişmiqyaslı müharibəyə qoşulmaqdan daha çox regional güc balansını qorumaq və milli təhlükəsizliyini təmin etməkdir. Bununla belə, ölkənin Yəməndə birbaşa hərbi əməliyyatlara cəlb olunması münaqişənin miqyasını genişləndirə bilər.

 

Ada Hacızadə

#ərəbistanına #verməyə #səudiyyə #azərbaycan #misir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər