00:00:00
Yazar
Admin User
09.09.2025 17:11 50 2 dəq oxuma
Dünya

Italiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirəsi olunub

Italiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirəsi olunub

İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq uzun illərdir ki, strateji xarakter daşıyır və enerji amili bu münasibətlərin mərkəzindədir.


Mövzü ilə əlaqədar iqtisadi ekspert Akif Nəsirli “İnfarmator.az”a açıqlamasında bildirib ki, İtaliya şirkətlərinin Azərbaycanda maraq göstərdiyi əsas sahələr təkcə enerji sektorunda deyil, müxtəlif istiqamətlərdə fəaliyyət imkanları axtarır:


“Enerji sektoru, xüsusilə neft-qaz hasilatı və emalı, eləcə də bərpa olunan enerji (külək və günəş) layihələri İtalya şirketlərini marapq dairəsindədir. İtaliya “Eni” şirkəti vasitəsilə Azərbaycan enerji bazarında aktiv iştirak edir.
Eyni zamanda, polimer və kimya sənayesi sahəsində texnologiya və investisiya imkanları mövcuddur.
Digər tərəfdən, İtaliya kənd təsərrüfatı texnikası, ərzaq emalı avadanlığı və şərabçılıq texnologiyaları ilə tanınır. Bu istiqamətdə əməkdaşlıq maraqlıdır.
İtaliya şirkətləri infrastruktur layihələrində (yollar, körpülər, su təchizatı sistemləri) iştiraka maraq göstərirlər”.

 

Əlavə olaraq ekspert açıqlamasında bildirib ki,dizayn və istehsal sənayesi (“Made in Italy”) - tekstil, mebel, geyim və lüks məhsullar üzrə əməkdaşlıq imkanları var:

 

“Turizm və mədəniyyət baxımından İtaliya turizm menecmenti və xidmət sahəsində təcrübəsini Azərbaycana gətirmək istəyir.

Azərbaycan üçün isə Avropada İtaliyanın iqtisadi rolu olduqca böyükdur.
İtaliya Azərbaycanın Avropadakı ən mühüm iqtisadi tərəfdaşlarından biridir. Azərbaycanın Avropaya ixracının, xüsusən də neft və qazın böyük hissəsi İtaliyaya yönəlir. İtaliya uzun illərdir Azərbaycanın əsas ixrac bazarıdır. Cənub Qaz Dəhlizi (TAP layihəsi) vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır. Bu, Azərbaycanın Avropa enerji xəritəsində rolunu gücləndirib.
İtaliya texnologiya, avadanlıq və sənaye ideyalar bazarı baxımından Azərbaycan üçün əhəmiyyətlidir.
İtaliya Avropa İttifaqında Azərbaycanın ən fəal tərəfdaşlarından biri olaraq Bakı üçün siyasi-iqtisadi baxımdan strateji mövqeyə malikdir.
Yəni İtaliya Azərbaycan üçün təkcə enerji alıcısı deyil, həm də Avropa ilə iqtisadi inteqrasiyada əsas tərəfdaşlardan biridir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər