00:00:00
Yazar
Admin User
23.09.2025 07:22 62 1 dəq oxuma
Dünya

İtaliya İsraili Qəzzanın bombalanmasını dayandırmağa çağırıb

İtaliya İsraili Qəzzanın bombalanmasını dayandırmağa çağırıb

İtaliya Qəzza zolağının bombalanmasına dərhal son qoymağa və Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə çağırır.

 

"İnformator.az" xəbər verir ki, bunu BMT Baş Assambleyasının İsrail-Fələstin münaqişəsinə dair konfransında çıxışı zamanı İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.

 

"BMT çox aydın mesaj göndərir: İsrail Qəzza zolağının bombalanmasını dayandırmalı, HƏMAS isə bütün girovları azad etməlidir", - nazir deyib.

 

O, İtaliyanın münaqişənin iki dövlət əsasında həlli üçün səylərini davam etdirəcəyini, həmçinin Fələstin əhalisinə yardım göstərəcəyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər