00:00:00
Yazar
Admin User
01.10.2025 16:28 100 1 dəq oxuma
Dünya

İtaliya ordusuna aid hərbi təyyarə qəzaya düşüb

İtaliya ordusuna aid hərbi təyyarə qəzaya düşüb

İtaliyanın mərkəzi bölgəsində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.


“İnformator.az” xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.


Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub.


Qəzet yazır ki, 70-ci aviasiya alayına məxsus T-260B tipli təyyarə Latsio bölgəsinin Sabaudiya bələdiyyəsi ərazisində qəzaya düşüb.


Qeyd olunub ki, xilasedicilər qəzaya uğramış təyyarənin içində iki hərbçinin cəsədini tapıblar. Təyyarə parkın girişlərindən birinin yaxınlığındakı meşəlik ərazidə qəzaya uğrayıb.


Hadisə zamanı həmin yerdə insanların olmadığı bildirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər