00:00:00
Yazar
Admin User
27.09.2025 07:42 198 1 dəq oxuma
Siyasət

İtaliya parlamentinə Fələstin sürprizi

İtaliya parlamentinə Fələstin sürprizi

Fələstin məsələsi Avropa siyasətində getdikcə yüksələn davam edən gərginlikdir.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstinin tanınması həm də İtaliya–ABŞ münasibətlərinə təsir göstərə biləcək bir məsələdir:

 

“Bir neçə dövlət — yəni faktiki olaraq G7-yə daxil olan Kanada və Böyük Britaniya artıq Fələstini dövlət kimi tanıyıb. Bu addımdan sonra Almaniya, İtaliya, Çexiya və Macarıstan Fələstini dövlət kimi tanımamaq barədə qərar qəbul edib.
Xüsusilə, İtaliyanın Baş naziri xanım Meloni və Xarici İşlər naziri arasında bu məsələdə fərqli mövqelər müşahidə olunur. Xanım Meloni bəyan edib ki, Fələstinin dövlət kimi tanınması İsrail–İtaliya münasibətlərinə zərər verə və bölgədə gərginliyi artıran addım ola bilər. Digər tərəfdən, İtaliyanın Xarici İşlər naziri daha yumşaq və açıq mövqe nümayiş etdirərək bildirib ki, məsələ araşdırılmalıdır və konkret qərar verilə bilər”.

 

Politoloq eyni zamanda açıqlamasında bildirib ki, Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq etmək istəyir:

 

“İtaliyada koalisiya hökuməti fəaliyyət göstərir. Bu səbəbdən xanım Meloninin verdiyi bəyanatlar həm də koalisiyadakı digər tərəfdaşlarla razılaşdırılmalıdır. Yəni bu qərarlar təkcə onun səlahiyyətində deyil, həm də koalisiyadakı partiyalarla bağlıdır.
Verilən bəyanatdan belə başa düşürük ki, birinci növbədə Avropa İttifaqının İsrailə verdiyi 40%-lik güzəşlər ləğv olunacaqdır. Sonradan bu sanksiyaları tətbiq olunacaq”.

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər