00:00:00
Yazar
Admin User
03.10.2025 18:58 120 2 dəq oxuma
Siyasət

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.İtaliya Prezidenti Sercio Mattarellanı Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Məsələ ilə bağlı politoloq Murad Sadəddinov bildirib ki,İtaliya-Azərbaycan münasibətləri, demək olar ki,Azərbaycanın Avropada ən vacib,ən böyük dövriyyəsi olan,əməkdaşlıq edən dövlətdir və bu əməkdaşlıq xüsusi olaraq enerji sahəsində uzun müddətdir davam edir:

“İtaliya vasitəsilə “Bakı-Tbilisi-Ceyhan”dan gələn neftlərin İtaliya vasitəsilə qəbul olunur və Avropada təmin olunur. ”TANAP”Azərbaycanın qaz koridorunun əsas istiqaməti İtaliyadır və Azərbaycan qaz eksportunun 40%-i İtaliyaya gedir.Bu baxımdan İtaliya bu gün Azərbaycanın qaz eksportunda 1 nömrəli bizim alıcımızdır.Amma bizim əməkdaşlığımız təkcə neft və qaz sahəsində deyil,bir çox sahələrdə biz əməkdaşlıq edirik.İtaliya şirkətləri aktiv olaraq Qarabağın bərpa işlərində fəaliyyət göstərirlər.İtaliyanın Prezidenti bundan əvvəlki səfərində Sumqayıtda açılan böyük müəssisənin təməlini qoymuşdular.Demək olar ki,İtaliyanın bir çox şirkətləri müxtəlif sahələr üzrə Azərbaycanda işləyirlər.Məsələn,kənd təsərrüfatında,SOCAR,Yaşıl Enerji baxımından məsələlərdə işləyirlər.İtaliya şirkətləri müxtəlif sahələrdə fəaliyyət göstərirlər:logistika və s. bir çox sahələrdə.Amma bu səfər vacib olan məqamlardan biridir ki,yeni sahə olan əməkdaşlığın təməli qoyuldu.Bu təhsil sahəsindədir və bilirsiniz ki,Azərbaycan Respublikasının Prezidenti və İtaliya Prezidenti “Azərbaycan-İtaliya Universiteti” açılışında iştirak ediblər.Bu universitet vasitəsilə İtaliyanın beş ali təhsil müəssisəsi fəaliyyət göstərəcək.Və bunların içərisində tanınmış ali təhsil müəssisələri var.Məsələn,dünyanın ən qədim ali təhsil müəssisələrindən biri olan “Bolonya Universiteti” də bu layihə çərçivəsi içərisində əməkdaşlıq edəcək.Hesab edirəm ki,bu qədər səmimi ikitərəfli maraqdan irəli gələn əməkdaşlıq çox böyük perspektivləri var.İtaliyanın yüksək texnologiyalarına malik olan iqtisadiyyatı var və bu baxımdan Azərbaycanın müxtəlif yeni layihələrində olan aktiv işləməsi bizim yaxın gələcəyin işidir”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər