00:00:00
Yazar
Admin User
12.11.2025 18:57 119 1 dəq oxuma
Dünya

İtaliya turistlərin mülki şəxslərə atəş açdığı iddialarını araşdırır

İtaliya turistlərin mülki şəxslərə atəş açdığı iddialarını araşdırır

Milan prokurorluğu 1990-cı illərin əvvəllərində Bosniya və Herseqovinaya “snayper safarisi” məqsədilə səfərlər edildiyi barədə iddialarla bağlı araşdırma başlayıb. İddialara görə, italiyalılar və başqa ölkələrdən olan şəxslər Sarayevonun mühasirəsi dövründə mülki əhaliyə atəş açmaq üçün böyük məbləğlər ödəyiblər.


Şikayəti jurnalist və yazıçı Ezio Gavazzeni verib. O, bunu “insan ovu” adlandıraraq qeyd edir ki, “çox varlı və silahlara həvəsli insanlar” Serblərin Sarayevonu əhatə edən təpələrdəki mövqelərindən “müdafiəsiz mülki şəxsləri öldürmək üçün pul ödəyiblər.”

Bəzi məlumatlara görə, kişi, qadın və ya uşağı öldürmək üçün fərqli ödəniş tarifləri tətbiq olunub.


BBC
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər