İtaliyada dini mərasim öncəsi silahlı iki türk yaxalanıb
Viterbo şəhərində hər il keçirilən mərasimə minlərlə insan qatılır.
İtaliyanın Viterbo şəhərində dövlət rəsmiləri də daxil olmaqla minlərlə nəfərin iştirak etdiyi dini mərasimdən əvvəl iki türk vətəndaşı silah və sursatla yaxalanaraq həbs edilib.
İtaliya mətbuatı saxlanılan şəxslərin ötən həftə eyni şəhərdə cinayətkar dəstənin lideri olduğu iddiası ilə həbs edilən başqa bir Türkiyə vətəndaşı ilə əlaqəli ola biləcəyini yazır.
Viterbodakı dünənki mərasim üçün şəhərdə olan Baş nazirin müavini və Xarici İşlər naziri Antonio Tajani bu gün açıqlamasında bildirib:
“Santa Rosa bayramından yalnız bir neçə saat əvvəl iki silahlı türk vətəndaşını həbs edən hüquq-mühafizə orqanlarını təbrik edirik.”
BBC News
Aytac İbrahimova