00:00:00
Yazar
Admin User
07.08.2025 15:09 92 1 dəq oxuma
Dünya

İtaliyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

İtaliyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili C.Skopa ölkə mediasında "davam edən anti-Rusiya kampaniyası" və rəsmi Moskvanın İtaliya hökumətinin bəyanatlarını tənqid etməsinə Romanın qeyri-mütənasib reaksiyası səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.


"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

 

Qeyd olunub ki, İtaliyanın aparıcı mediasının anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur.

 

"Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur", - nazirlikdən vurğulanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər