İtaliyanın Malpensa hava limanında sərnişin yanğın törədib
İtaliyanın Milan şəhərində yerləşən Malpensa hava limanında bir sərnişin yanğına səbəb olub.
Malpensa Hava Limanında sərnişinin Terminal 1-in 13 nömrəli qapısı yaxınlığında yerləşən zibil qutusunu yandırması nəticəsində yanğın baş verib, sərnişinlər arasında təşviş yaranıb.
Həmin sərnişin daha sonra əlindəki çəkiclə bəzi qeydiyyat (check-in) ekranlarını sındırıb.
Hadisəyə dərhal müdaxilə edən hava limanı təhlükəsizlik əməkdaşları sərnişini zərərsizləşdirib və o, hava limanı polisi tərəfindən saxlanılıb.
Bu vaxt yanğına müdaxilə edən yanğınsöndürənlər ehtiyat tədbiri olaraq terminalı boşaldıb.
Təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra terminaldakı fəaliyyətlər normal rejimdə davam etdirilib.
TRT HABER
Solmaz Muradova