İtaliyanın Ravenna şəhərində konteynerlər bloklanıb
Ravenna limanı işçilərinin təşəbbüsündən sonra, yerli hakimiyyətin dəstəyi ilə idarəçi şirkət partlayıcılarla yüklənmiş və İsrailin Hayfa şəhərinə göndərilməsi planlaşdırılan gəminin yola çıxmasını bloklayıb. Məsələni müxalifət tənqid etsə də, İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, “bu, İtaliya silahı deyil”.
"Cümə axşamı Ravenna limanında İsrailin Hayfa şəhərinə göndərilmək üçün nəzərdə tutulan iki konteyner partlayıcı maddə bloklanıb. Məqsəd – Qəzzada müharibə üçün istifadə oluna biləcək silahların göndərilməsinin qarşısını almaqdır", – deyə liman işçiləri yerli KİV-ə açıqlama veriblər.
Öz növbəsində şəhərin meri Alessandro Barattoni bildirib ki, “iki konteynerin gözlənilən gəlişi barədə məlumatlandırılmışdı” və buna görə də – Ravenna vilayətinin prezidenti Valentina Palli və Emiliya-Romanya regionunun prezidenti Mikele De Paskale ilə birlikdə – tədbir görmək qərarına gəlib.
Euronews
Fatimə Heydərova