İtalya Baş naziri Meloni Fələstinin tanınan şərtini açıqlayıbƏ
İtaliyanın baş naziri Giorgia Meloni Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində hökumətin Fələstinin tanınması ilə bağlı parlamentə təklif təqdim edəcəyini açıqlayıb. Meloni bunun yalnız bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan və onun idarəçiliyindən tamamilə uzaqlaşdırılması şərti ilə həyata keçiriləcəyini bildirib.
Meloninin şərti yanaşması İtaliya müxalifətinin tənqidinə səbəb olub, keçmiş Baş nazir və Beş Ulduz Hərəkatının lideri Cüzeppe Konte “Meloninin son ixtirası, Fələstin Dövlətinin şərti olaraq tanınması hökumətimizin süstlüyünü təsdiqləyən uğursuz bir manevrdir,”- deyib.
Konte, "Fələstini tanımaq formal bir hərəkətdir; ya bunu edirsən, ya da etmirsən. İtaliya Fələstini tanıyan 150-dən çox ölkəyə niyə qoşulmur? Netanyahunun yanında olan hökumətimizin ikiüzlülüyü qəbuledilməzdir. İtaliya tez hərəkət etməsə, Fələstin dövlətinin tanınmasına imkan verən şərtlər tezliklə orada qalmayacaq”.
Haberler
Banuçiçək Qurbanova