İtkin düşən 2 gəncin öldüyü məlum olub
Türkiyədə itkin düşən 2 gəncin yol qəzasında dünyasını dəyişdiyi məlum olub.
İnformator.az xəbər verir ki, dekabrın 1-dən Əskişəhərdə itkin düşərək axtarışda olan Ümit Yaşar Çətin və Bilal Kurunun yol qəzasında həyatını itirdiyi öyrənilib.
Dəhşətli həqiqət gənclərin olduğu avtomobilin tapılması ilə üzə çıxıb.
Qazi Mustafa Kamal Atatürk Bulvarında yerləşən OSB-nin sutəmizləyici qurğusuna 26 AHD 335 nömrəli avtomobilin aşdığını görənlər vəziyyəti təcili tibbi yardım qruplarına bildiriblər. Xəbər üzərinə jandarma və polis qrupları hadisə yerinə sövq edildi.
Bölgədə apardıqları iş zamanı qruplar qəzaya uğrayan, avtomobildə olan iki nəfərin cümə günü itkin düşən 24 yaşlı Ümit Yaşar Çətin və 22 yaşlı Bilal Kuru olduğunu müəyyən ediblər. Ailələrinə məlumat verilib.
