“İtlərə çörək vermək” davasında qan töküldü: Ölənlər, yaralananlar var...
Ankarada iki qonşu dükançı arasında 'itlərə çörək verdik' davasında 1 nəfər tüfənglə vurulub, 1 nəfər yaralanıb.
Gərginlik zamanı RCD iş yerindən ov tüfəngini götürərək təsadüfi atəş açıb. Bu arada təsadüfən hadisə yerində olan Mustafa Dəmir və Erdinç Ç. qranullara dəyərək yerə yıxılıblar.
Silah səsini eşidənlərin xəbəri üzərinə polis və tibb qrupu ünvana sövq edilib.
Hadisədən sonra qaçan şübhəli RCD cinayət silahı olan tüfənglə birlikdə tutularaq nəzarətə alındı. Həyatını itirən Mustafa Dəmirin cənazəsi Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Vüqar Alışov
