İxtisas seçiminin nəticələrinin elan ediləcəyi vaxt məlum olub
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri növbəti həftə açıqlanacaq.
"İnformator.az" "Teleqraf"a istinadən bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir.
"Ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.
Proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur", - məlumatda qeyd olunub.