İzmir-də polis şöbəsinə silahlı hücum
İzmirin Balçova rayonunda yerləşən polis şöbəsinə 16 yaşlı gəncin silahlı hücumu nəticəsində polis baş müfəttişi Muhsin Aydemir və polis əməkdaşı Hasan Akın şəhid olub. Hadisə zamanı iki polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Yaralı vətəndaş xəstəxanadan evə buraxılıb, yaralı polis əməkdaşlarının müalicəsi isə davam edir.
Saldırgan E.B. yaralı halda saxlanılıb və onun əvvəllər heç bir cinayət qeydiyyatında olmadığı bildirilib. İzmir Baş Prokurorluğu vasitəsilə istintaq başladılıb, araşdırmaya 2 baş prokuror müavini və 6 prokuror cəlb olunub. Daxili işlər naziri Ali Yerlikaya və ədliyyə naziri Yılmaz Tunç hadisəni pisləyərək şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. İzmir valisi Süleyman Elban isə açıqlamasında hadisənin bütün istiqamətlərdə araşdırıldığını bildirib.
TRT Haber
Mələk Hüseynova