00:00:00
Yazar
Admin User
08.09.2025 11:06 67 2 dəq oxuma
Dünya

İzmirdə polis mərkəzinə silahlı hücum

İzmirdə polis mərkəzinə silahlı hücum

 

İzmirin Balçova şəhərində polis bölməsinə silahlı basqın nəticəsində 2 polis şəhid olub, 2 polis əməkdaşı yaralanıb. 16 yaşlı hücumçu saxlanılıb, hadisəni araşdırmaq üçün baş prokurorun iki müavini və altı dövlət prokuroru təyin edilib. Polis İdarəsində 16 yaşlı şübhəli Salih İşgören tüfənglə atəş açıb. İki polis əməkdaşı həlak olub, biri ağır olmaqla iki polis əməkdaşı yaralanıb.

 

İzmir valisi Süleyman Elban hücumun baş verdiyi polis bölməsinə gələrək araşdırma aparıb.

Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən Elban, 16 yaşlı 3 lisey şagirdinin Balçova Polis İdarəsinə ov tüfəngi ilə hücum etdiyini, gözətçi postunda olan polis məmurunun isə ilk atəşdə şəhid olduğunu bildirib.

 

Elban həmçinin qeyd edib ki, polis idarəsinin yerləşdiyi binadakı yaşayış kompleksində yaşayan polis baş inspektoru da baş verən qarşıdurmada həlak olub. O, "Toqquşmada bir polis məmuru və bir polis baş müfəttişi şəhid olub. İki məmurumuz xəstəxanada müalicə olunur. Bu, hərəkətli bir küçədir. Qarşıdurma zamanı bir vətəndaşımız da əlindən yüngül xəsarət alıb. Hücum edən şəxs yaralı halda tutularaq Alsancak Dövlət Xəstəxanasında müalicəsini davam etdirir. Hadisə ilə bağlı çoxsaylı təhqiqatçılar tərəfindən araşdırma aparılır. 16 yaşı var, bu küçədə yaşayır və heç bir cinayətə görə həbsi yoxdur”.

 

Jurnalistlərin "Hücum edən şəxs polis idarəsinə gələrək məişət zorakılığı ilə bağlı şikayət edib. Belə bir məlumat varmı?" sualına Elban "Xeyr. Heç bir polis idarəsinə şikayəti yoxdur, UYAP-ın qeydiyyatı yoxdur, cinayəti yoxdur, daha əvvəl saxlanılması, ifadəsi yoxdur" deyə cavab verib.

Elban hücumçunun atasının 10 il əvvəl aldığı tüfəngdən istifadə etdiyini bildirib.


TRT haber
Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər