00:00:00
Yazar
Admin User
01.08.2025 13:38 105 1 dəq oxuma
Dünya

Justin Timberlake konserinde giriş krizi yaşanıb

Justin Timberlake konserinde giriş krizi yaşanıb

Dünyaca məşhur ulduz Justin Timberlake-in 11 ildən sonra İstanbulda verdiyi konsertdə etiraz ehtimalı səbəbilə girişlərdə çətinliklər yaranıb.


Təxminən 20 min tamaşaçı tutumuna malik İTÜ Stadionuna gələn biletlilərin bir hissəsi kənarda qalıb. Girişdə aparılan ciddi yoxlamalar qapılarda sıxlığa səbəb olub. Konsertin əlaqə agentliyi, amerikalı sənətçinin çıxışı öncəsi yayılan etiraz çağırışları səbəbilə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.


Vaxtında gələn tamaşaçılar uzun növbələrə düşərkən, saat 21:00-da başlayan konsertdə stadionun bəzi hissələrinin boş qaldığı görülüb.


Justin Timberlake, 2014-cü ildəki konsertindən sonra 30 iyul axşamı İTÜ Stadionunda yenidən dinləyiciləri ilə görüşüb. Grammy və Emmy mükafatlı müğənninin 2025 dünya turu çərçivəsində verdiyi konsertə bilet qiymətləri 3.500-22.000 TL arasında dəyişib və tədbir musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.


Bəzi giriş nöqtələrində sıxlıq yaşanıb. Bileti olan bir çox insan yalnız konsert başladıdan sonra içəri girə bilib. Səhnəyə yaxın və yüksək qiymətli bilet alanlar isə arxada qalıblar. İçəri daxil ola bilməyən bəzi izləyicilər sosial mediada yaşanan vəziyyəti tənqid edən videolar paylaşıblar. Təşkilati problemlərlə bağlı əlaqə agentliyindən açıqlama verilib. Bəzi tamaşaçılar həddindən artıq bilet satıldığını iddia ediblər, bahalı biletlərlə ön sıralardan yer alanlar isə stadiondan içəri girə bilmədiklərindən narazı qalıblar.


Haber Global
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər