Köhnə “Twitter” əməkdaşı Elon Musk’a sərt iradlar bildirib
Keçmiş “Twitter” əməkdaşı Randall Lin lazımi məlumatı çölə sızdırdığına dair yalan iddialara görə Elon Musk’ın onu işdən çıxardığını deyib. Əmək qanunlarını pozduğu səbəbilə işindən qovulan Lin ona böhtan atıldığını və qətiyyən belə bir şey etmədiyi iddiasını irəli sürüb.
Musk’ın şirkəti satın almasından bir neçə ay sonra işini itirən keçmiş “Twitter” əməkdaşı “maşın öyrənmə” mühəndisi işləyib. İşində çox uğurlu və iddialı olan Lin əslində, şirkətin keçmiş sahibi Jack Dorsey’in idarəetmə sistemini kifayət qədər zəif tapdığını bildirib. Peşəkar iş sərgiləməsilə tez bir zamanda Musk’ın etimadını qazanan Lin işə erkən gəlir, işdən gec ayrılır və məşhur sahibkarlarla vacib görüşlərə qatılırdı.
Randall Lin hətta Musk’ın minlərlə işçini işdən çıxarmaq qərarını təsdiqləyib. Çünki Elon Musk belə bir qərarın şirkətdə səmərəliliyi artıra biləcəyini düşünüb. Lakin bu vəziyyətdən çox narahat olan və işini itirməkdən qorxan bəzi əməkdaşlar müxtəlif şayiələr yaymağa başlayıblar.
Bu əsassız iddialardan biri də Lin’in mühüm məlumatları sızdırması ilə bağlı olub. Lin’i bir neçə gün sonra Təhlükəsizlik komisiyası çağırıb və saatlarla davam edən sorğu-sualdan sonra şəxsi kompüteri müsadirə edilib və işinə xitam verilib. Lakin hazırda “X” adı ilə tanınan “Twitter” hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməkdən qaçınır.
Əli Məmmədli
