00:00:00
Yazar
Admin User
17.01.2024 17:05 273 1 dəq oxuma
Dünya

Köpəkbalığı on yaşlı uşağa hücum edib

Köpəkbalığı on yaşlı uşağa hücum edib

Baham adalarında bir oğlan köpək balığının hücumuna məruz qalıb və ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə "Loop Caribbean News" məlumat yayıb.  

 

Hadisə Paradays adasındakı istirahət mərkəzlərindən birində baş verib. Merilend ştatından olan 10 yaşlı uşaq təhlükəsiz mühitdə yırtıcı balıqlara baxmaq imkanı verən qəfəs dalışında iştirak edib. O, suyun altında olarkən qəfildən köpək balığının hücumuna məruz qalıb. Yırtıcı oğlanın sağ ayağını dişləyib. Zərərçəkən təcili xəstəxanaya yerləşdirilib. Həkimlər ona tibbi yardım göstəriblər.

 

Hazırda yerli xəstəxanada müalicə alan oğlanın vəziyyəti stabildir. Hücumun hansı kurortda baş verdiyi məlum deyil. Bundan əvvəl bildirilib ki, Avstraliyada yaşlı kişi ağ köpəkbalığının hücumuna məruz qalaraq xəstəxanaya gəlib. Yırtıcı avstraliyalını bud və ombasından dişləyib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər