Körfəz dəhlizi 2026-cı ildə türk yük maşınları üçün tam açılacaq
Türkiyənin Ticarət naziri Ömər Bolat bildirib ki, türk yük maşınlarının İordaniya və Körfəz ölkələrinə quru yolu ilə keçidini təmin edəcək Körfəz dəhlizi gələn il – 2026-cı ildə tam şəkildə istifadəyə veriləcək.
Nazirin sözlərinə görə, dəhlizin tam işə düşməsi üçün Suriya daxilində yolların bərpası, viza və gömrük tənzimləmələrinin yekunlaşdırılması tələb olunur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bolat vurğulayıb ki, yeni marşrut Türkiyə–Suriya–İordaniya–Səudiyyə Ərəbistanı–Körfəz ölkələri və Misirə qədər uzanacaq və bölgədə ticarət və rifahın artmasına mühüm töhfə verəcək.
Nazir həmçinin Hicaz Dəmir yolunun bərpası istiqamətində də işlərin sürətlə getdiyini bildirib. Onun sözlərinə görə, bu layihə həm yük, həm də sərnişin daşımalarını əhatə edəcək.
Ömər Bolat qeyd edib ki, Türkiyə və İordaniya arasında iqtisadi əlaqələr güclənir — 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 1,4 milyard dolları ötüb və ilin sonuna qədər 1,6 milyard dollara çatacağı gözlənilir.
TRT Haber
Aişə Mustafayeva