00:00:00
Yazar
Admin User
30.01.2024 10:52 308 1 dəq oxuma
Dünya

Küveyt qəbiristanlıqlarda əl sıxmağı qadağan edir

Küveyt qəbiristanlıqlarda əl sıxmağı qadağan edir

Küveyt qəzetinin məlumatına görə, Küveyt hökuməti sağlamlıq səbəbi ilə paytaxtdakı qəbiristanlıqlarda əl sıxmağı qadağan etməyi planlaşdırır.

 

Küveytin aparıcı qəzetlərindən biri olan “Al Ceride”nin bir dövlət məmuruna əsaslanan xəbərinə görə, Küveytin paytaxtında dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək.

 

Küveytin Səhiyyə Nazirliyi qəbiristanlıqlarda yas tutan insanları başsağlığı verərkən əl sıxmağı dayandırmağa və göz salamı ilə kifayətlənməyə çağırıb.

 

Küveyt Bələdiyyəsinin baş direktoru Səud Əl Dabud, mövzu ilə bağlı verdiyi açıqlamada, "Səhiyyə Nazirliyinin tələbi ilə dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək" deyib.

 

Səhiyyə Nazirliyinin mövzu ilə bağlı verdiyi açıqlamada bu tövsiyənin epidemik xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün edildiyi vurğulanıb.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər