00:00:00
Yazar
Admin User
10.07.2023 14:28 280 1 dəq oxuma
Dünya

Küveytdə anomal istilər səbəbilə cənazələr gecələr dəfn ediləcək

Küveytdə anomal istilər səbəbilə cənazələr gecələr dəfn ediləcək

Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib.

 

İnformator.az xarici KİV-ə istinadən bildirir ki, ölkə mətbuatında dərc olunan xəbərlərə görə, cənazələr iyul və avqust aylarında gecə dəfn oluna bilər.

 

Küveytdə “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı bildirilib.

 

Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə prosesin gecələr həyata keçiriləcəyi, bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər