Kağıthanedə iş yerində yanğın
Kağıthanedə beşmərtəbəli bir iş yerinin birinci mərtəbəsində yanğın baş verib. Hadisə Yeşilce Mahallesi, Değirmen Sokakda yerləşən qablaşdırma və çap sahəsində fəaliyyət göstərən bir şirkətin binasında qeydə alınıb. Yanğının səbəbi hələ məlum deyil.
Yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları hadisə yerinə göndərilib. Komandalar birinci mərtəbəyə pəncərə və panjurlar vasitəsilə daxil olaraq yanğına müdaxilə ediblər. Təxminən iki saatlıq əməliyyatdan sonra yanğın nəzarət altına alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin iş yerində ciddi maddi ziyan dəyib.
TRT XƏBƏR
Ləman Mahmudlu