00:00:00
Yazar
Admin User
03.08.2025 06:57 108 1 dəq oxuma
Dünya

Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Kamçatka sahillərində 6,8 maqnitudalı zəlzələ baş verib

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən və Petropavlovsk-Kamçatskidə hiss olunan zəlzələnin intensivliyi ilkin hesablamalara görə 4 bal, maqnitudası 6,8 olub.

 

"İnformator.az" xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin teleqram kanalında məlumat verilib.

 

Zəlzələ ocağı Petropavlovsk-Kamçatskidən 279 km aralıda, 25,9 km dərinlikdə yerləşib.


Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşokların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər