Kamçatkada yenə güclü zəlzələ olub
Kamçatkada 5,2 bal gücündə zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 414 km uzaqlıqda qeydə alınıb.
Yeraltı təkanlar 63,8 km dərinlikdə yerləşib.