00:00:00
Yazar
Admin User
10.06.2025 10:40 200 1 dəq oxuma
Sosial

Kamran Əliyev idarə rəisini işdən çıxarıb, yenisini təyin edib

Kamran Əliyev idarə rəisini işdən çıxarıb, yenisini təyin edib

Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

 

“İnformator.az” Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Kamran İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə həmin vəzifəyə Abuzər Mirzəyev təyin olunub.


Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.


Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər