00:00:00
Yazar
Admin User
01.09.2025 15:11 70 1 dəq oxuma
Dünya

Kanada ilk Ay roverini hazırlayır

Kanada ilk Ay roverini hazırlayır

Kanada kosmik sahədə yeni mərhələyə qədəm qoyub. Ölkə tarixində ilk dəfə olaraq Ay səthini araşdıracaq rover hazırlanıb. Layihə Toronto yaxınlığında yerləşən Canadensys Aerospace şirkətinə məxsusdur. Bu missiya həm də Kanadanın ilk dəfə öz rəhbərliyi ilə həyata keçirəcəyi planetlərarası kəşfiyyat layihəsi olacaq.

 

Şirkətin Prezidenti Kristian Sallabergerin sözlərinə görə, Ay haqqında bilik əldə etmək gələcək kosmik tədqiqatlar üçün ən vacib addımdır: “Bu roverin Aya göndərilməsi insanlığın Yer kürəsindən kənara çıxmasının bir hissəsidir. Ay isə gələcək missiyalar üçün baza ola bilər”.

 

Hazırda şirkətin qərargahında mühəndislər xüsusi laboratoriyalarda rover üzərində sınaqlar aparır. Sallaberger deyib ki, insanların sevdiyi elmi-fantastika filmlərindəki səhnələr artıq reallığa çevrilir: “Bu, artıq Star Wars və ya Star Trek deyil, gerçək həyatdır”.

 

Beləliklə, Kanada ilk dəfə öz imzası ilə Ay səthini araşdıracaq və gələcək kosmik ekspedisiyalara yol açacaq.

 

BBC News

Nərmin Aslanzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər