Kanada və Çin arasında buzlar əriməyə başlayır
Bir il əvvəl ağlasığmaz görünən mənzərə bu gün reallığa çevrilib: Kanada və Çin liderləri yan-yana dayanaraq əl sıxıb gülümsəyiblər.
İki ölkə arasında münasibətlər 2018-ci ildə gərginləşmişdi. Həmin vaxt Kanadada Çinli Men Vançjou ABŞ-nin dələduzluq ittihamı ilə saxlanılmış ardınca Pekin iki kanadalını Maykl Kovriq və Maykl Spavoru casusluqda ittiham edərək həbs etmişdi.
Bu hadisələr uzunmüddətli diplomatik soyuqluq yaratmışdı, lakin ABŞ-nin ticarət siyasətindəki gərginliklər fonunda Kanada indi Çinlə münasibətləri normallaşdırmağa cəhd göstərir.
CNN news
Ədilə Hüseynzadə