Kanadada güclü yağış səbəbilə 220 evin təxliyəsi qərarı
Kanadanın Kvebek əyaləti yaxınlığındakı Sainte-Brigitte-de-Laval bölgəsində şiddətli yağışların daşqınlara səbəb ola biləcəyi riski səbəbiylə 220 ev üçün təxliyə qərarı verilib.
İnformator.az TRT Haber-ə əsasən bildirir ki, Kanadanın Kvebek şəhər rəsmisi Mark Proulx bir neçə saat ərzində qəsəbənin şimalında hər kvadratmetrə 70 kiloqram yağış yağdığını və sel təhlükəsi səbəbindən 220 evin boşaldılmasına qərar verildiyini bildirib.
İctimai Təhlükəsizlik Departamentinin sözçüsü Joshua Menard-Suarez Kvebekin cənub və mərkəzi bölgələrinin bir çox hissəsinin mümkün daşqın və sürüşmələrə görə nəzarət altında olduğunu söyləyib.
Menard-Suarez rəsmilərin xüsusilə Kvebek şəhərinin şimal-şərqindəki Şarlevoix bölgəsi və Monrealın şərqindəki Şərq qəsəbələrindən narahat olduqlarını bildirib.
Meteorologiya rəsmilərinin hesablamalarına görə, günün sonuna qədər bu bölgələrdə hər kvadratmetrə 80-120 kiloqram yağış yağacaq.
Aydan Qasımova
