00:00:00
Yazar
Admin User
09.09.2025 10:04 97 1 dəq oxuma
Dünya

Kapadokyada hava balonu turları dayandırılıb

Kapadokyada hava balonu turları dayandırılıb

 

Kapadokyada ən populyar fəaliyyətlərdən biri olan isti hava balonu turları əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.

 

Turistlərin bölgənin tarixi, mədəni və təbii gözəlliklərini quşbaxışı ilə seyr etmələrini təmin edən isti hava şarı turu bütün əyalətə təsir edən güclü yağış səbəbiylə ləğv edilib.

 

Nevşehir və ətraf rayonlarda bu gün səhər tezdən başlayan leysan yağışın bu gün və sabah fasilələrlə davam edəcəyi gözlənilir.

 

İldə orta hesabla 220 gün uça bilən bölgədə külək, duman və yağış kimi mənfi hava şəraiti hava şarlarının uçuşuna mane olub.

 

Bölgədə uçuşlara yalnız Mülki Aviasiya Baş Müdirliyinin Nevşehir Koordinasiya Ofisi tərəfindən gündəlik qiymətləndirmə aparıldıqdan sonra icazə verilib.

 

TRT XƏBƏR

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər