Karapetyanın məhkəməsi başa çatdı, iş adamı özünü təqsirli saymır
Erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə başa çatıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə iş adamının vəkili Armen Feroyan məlumat verib.
Onun sözlərinə görə, məhkəmə qərarının nə vaxt açıqlanacağı hələlik bəlli deyil: “Karapetyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin müzakirəsi üzrə məhkəmə iclası başa çatıb. Müdafiə və ittiham tərəfi isə öz arqumentlərini təqdim edib. Məhkəmə qərar qəbul etmək üçün fasiləyə çıxıb. Yaxın 2-3 saat ərzində qərar veriləcəyini gözləyirik”.