00:00:00
Yazar
Admin User
15.09.2025 14:58 88 1 dəq oxuma
Dünya

 "Karib dənizindəki donanma qüvvələri fəaliyyətini davam etdirəcək"

 "Karib dənizindəki donanma qüvvələri fəaliyyətini davam etdirəcək"

 

ABŞ Prezidenti Donald Tramp, Nyu-Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

 

Tramp bildirib ki, Karib dənizində ABŞ ilə Venesuela arasında gərginliyə səbəb olan və “narkotik kartelləri ilə mübarizə” məqsədilə bölgəyə göndərilən Amerika donanma qüvvələri fəaliyyətini davam etdirəcək:

 

“Venesueladan çoxlu narkotik gəlir. Həmçinin çoxlu Aragua dəstəsinin üzvləri də ölkədən çıxmağa çalışır, lakin biz onları sərhəddə uğurla dayandırırıq”, – deyə Tramp qeyd edib.

 

 

 

Prezidentin sözlərinə görə, ABŞ həm narkotiklərlə, həm də dəstələrlə mübarizə məqsədilə bu addımları atır.

 

“Venesuelaya qarşı daha çox hücum gözlənilirmi?” sualına cavab verən Tramp, Karib dənizində narkotiklərlə əlaqəli qayıqlar aşkar edildikcə hücumların davam etdiriləcəyini vurğulayıb.

 

Tramp əlavə edib ki, Venesuelanın “balıqçı gəmisi” adlandırdığı gəminin əslində narkotik daşıdığını bildiklərini və bu məsələyə dair bütün kəşfiyyat məlumatlarına sahib olduqlarını bildiriblər. O, Venesuelaya birbaşa hücum ehtimalı ilə bağlı isə dəqiq fikir söyləməyib.

 

TRT XƏBƏR

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər