Katar hücumu tamamilə mənim qərarımdır
İsrail Baş naziri Binyamin Netanyahu, ABŞ Dövlət katibi Marco Rubio ilə birgə keçirdiyi mətbuat konfransında, Katarın paytaxtı Dohada HƏMAS heyətinə qarşı həyata keçirilən hücuma münasibət bildirib.
ABŞ Dövlət katibi Marco Rubio, İsrailə rəsmi səfəri çərçivəsində Netanyahuyla Qüdsdəki Baş nazirlik ofisində görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Rubio çıxış edərək daha çox Qəzza və oradakı girovlara diqqət çəkib:
“Prezident Tramp, Qəzzada davam edən məsələlərdə mövqeyini açıq şəkildə ortaya qoyub. Hər bir girov – istər sağ, istərsə də həyatını itirsin – dərhal evinə qaytarılmalıdır. Qəzza xalqı daha yaxşı bir gələcəyə layiqdir. Amma bu gələcək, HƏMAS məhv edilmədən və bütün girovlar evlərinə dönmədən başlaya bilməz”, – deyə Rubio qeyd edib.
CNN Türk
Nuray Əliyeva